RU

Şair Ramaldanov: “Qaçqınlar bizə böyük problem yarada bilər”

“Nüvə silahından sonra ikinci ən böyük təhlükə qaçqınlardır”. Bu fikirləri News365-in qonağı olan Şair Ramaldanov səsləndirib. 

Ehtiyatda olan polkovnik İran və ABŞ arasında baş verə biləcək müharibənin Azərbaycan üçün yarada biləcəyi problemlər haqqında danışıb. O qeyd edib ki, İrandan Azərbaycana kütləvi qaçqın axını olsa, bunun böyük fəsadları ola bilər.

Hərbi ekspert həmçinin vurğulayıb ki, baş verə biləcək müharibə təkcə Azərbaycan üçün yox, bütün region üçün təhlükəlidir:

“Yaxın Şərq, Rusiya hətta İsrail belə İrana hərbi müdaxilənin tərəfdarı deyil. Çünki bu müharibə bütün region üçün fəlakətə çevrilə bilər. Dağıntılar, qaçqın problemi ilə yanaşı logistika sahəsində də böyük çətinliklər yarana bilər. Ukrayna Rusiya müharibəsi onsuzda bu mənada bir çox problemlərə səbəb olub. Bu müharibə də başlasa, vəziyyət daha da pisləşəcək. Bütün bunlar isə regionda iqtisadi böhranları qaçılmaz edir.”

Избранный
31
50
news365.az

10Источники