RU

Yeni ilin ilk “Ulduz”u çap olunub

Bakı, 30 yanvar, AZƏRTAC

2026-cı ildə “Ulduz” jurnalının ilk nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, Yeni ilin ilk “Ulduz”unun yanvar-fevral nömrəsi “Birinci Türkoloji Qurultay” (1926, Bakı): “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” və Təhsil Nəşriyyatı Poliqrafiya” MMC-nin birgə layihəsi kimi işıq üzü görüb.

Jurnal Azər Turanın “Birinci Türkoloji Qurultay – film kimi bir hadisə” yazısı ilə açılır. Dərgidə “Birinci Türkoloji Qurultay” nümayəndələri haqqında ətraflı məlumat verilir.

Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda yazdığı qeydlər yüz ilin o üzündən günümüzə körpü salır. Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” yazısı Türk dünyasının birliyi uğrunda müqəddəs yola çıxan insanların fədakarlığından söz açır.

“Ulduz”un tarixə güzgü tutan bu nömrəsində Aqil Abbasın “Rəmiş” povesti oxuculara təqdim olunur.

“Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (3-cü yazı) araşdırması yer alır.

Избранный
74
2
azertag.az

10Источники