YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.
Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.