RU

Tehran–Vaşinqton gərginliyində yenilik: bu ölkə vasitəçi ola bilər!

Türkiyə İran və ABŞ arasında vasitəçilik missiyasını həyata keçirə bilər. Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Ekspertlər iddia edir ki, Ankara artıq vasitəçilik prosesinə başlayır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın xarici işlər naziri Abbas Araqçinin Türkiyəyə səfəri gözlənilir:

“Bu təmaslar Ankaranın prosesdə aktiv rol almaq niyyətindən xəbər verir. Hazırda ABŞ və İran öz mövqelərində qalır, tərəflərin geri çəkilmək niyyəti yoxdur. Mövcud vəziyyət bir növ ABŞ Prezidenti Donald Tramp və  İranın ali dini lideri Əli Xameneinin şəxsi nüfuz mübarizəsinə çevrilib. Görünür, İran Prezidenti Məsud Pezeşkian Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq Vaşinqtonla vasitəçilik etməsini xahiş edib.

Türkiyənin əsas şərti ondan ibarətdir ki, birinci mərhələdə nüvə proqramı ilə bağlı razılıq əldə olunsun, növbəti mərhələdə isə raket proqramı və digər mübahisəli məsələlər üzrə danışıqlara başlanılsın.

Ankara hesab edir ki, mərhələli yanaşma böhranın idarəolunan müstəvidə saxlanılmasına imkan verə bilər”.

Politoloq qeyd edib ki, Türkiyənin ABŞ və İran arasında vasitəçilik missiyası müsbət nəticə verə bilər:

“İranın xarici işlər nazirinin Türkiyədə aparacağı danışıqlar Tehran ətrafında gedən proseslərə ciddi təsir göstərəcək. Artıq Türkiyə regionda açar ölkə statusunu möhkəmləndirib və İranın mövcud vəziyyətdən çıxmasında həlledici rol oynaya bilər.

Əgər İran rəsmiləri məsələlərə praqmatik yanaşarsa, böhran danışıqlar yolu ilə həll edilə bilər. ABŞ-nin əsas tələbi İran rejiminin açılım siyasətinə getməsi və regional ambisiyalarından imtina etməsidir. Vaşinqtonun strateji planı İranda rejim dəyişikliyini hədəfləsə də, İran hakimiyyəti daxili struktur islahatlarına və davranış dəyişikliyinə gedərsə, hərbi qarşıdurma ən azı təxirə salına bilər”.

Atilla Rzasoy

Избранный
71
50
nocomment.az

10Источники