RU

Zelenski: “Ukrayna gərginliyin azaldılmasına hazırdır”

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə belə deyib.

“Əbu-Dabidə müxtəlif, ən həssas məsələlər müzakirə olundu və Amerika tərəfi bizimlə ayrıca danışdı. Amerikalılar gərginliyin azaldılması məsələsini qaldırmaq istədiklərini bildirdilər”, – Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, bu, diplomatiya üçün daha çox imkan yaratmaq məqsədilə uzaqmənzilli silahların istifadəsindən yayınmaq üzrə atılan addımlardan biridir.
Zelenski qeyd edib ki, Rusiya Ukraynaya zərbə endirməsə, Ukrayna da cavab tədbirləri görməyəcək.

- Vəssalam, biz bu prinsipi əvvəllər müzakirə etmişik. Bu, bir fürsətdir, razılaşma deyil. Hələlik rəsmi atəşkəs razılaşması yoxdur”,– Ukrayna prezidenti diqqətə çatdırıb.

Tramp:“Putin Ukraynaya zərbələri dayandırıb”
Siyasətçi qeyd edib ki, əgər Rusiya Amerika siqnalını Ukraynanın dediyi kimi başa düşübsə, onda müəyyən bir nəticə ortaya çıxacaq və bu, nəzərəçarpan olacaq.

Burada heç bir sirr yoxdur. Bu məsələ ilə bağlı bizimlə Rusiya arasında birbaşa dialoq və ya birbaşa razılaşmalar olmayıb”, – Ukrayna lideri bildirib.

Zelenski danışıqların vasitəçisi olan ABŞ-nin ümid etdiyi cavabın məhz belə olduğunu düşündüyünü söyləyib. Kiyev isə həmişə Amerikanın bütün rasional təşəbbüslərinə, gərginliyin azaldılması üçün hər hansı real təkliflərə və sair məsələlərə dəstəyini nümayiş etdirir.

Onun fikrincə, üçtərəfli dialoq da gərginliyin azaldılmasına aparan yoldur, lakin bu cür addımların nəticəsi başqa bir məsələdir.

“Bu, bir ildən bir az əvvəl seçdiyimiz siyasətdir. Biz gərginliyin azaldılması üzrə bütün real addımları dəstəkləyirik və bunu ardıcıl olaraq nümayiş etdirmişik ki, heç kim Ukraynanı sülhə doğru irəliləyişi ləngitməkdə günahlandıra bilməsin. Lakin o vaxt Rusiyadan mənfi cavablar var idi. İndi necə olacağını görəcəyik”, – Volodimir Zelenski deyib.

Xatırladaq ki, bundan əvvəl Amerika lideri Donald Tramp rusiyalı həmakrı Vladimir Putinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı tərəflərin müəyyən zərbələrini bir həftə müddətinə dayandırmağa razılaşdığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
97
50
azvision.az

10Источники