RU

İranın xarici işlər naziri Türkiyədə səfərdədir

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Türkiyədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində İranın XİN başçı İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Nazirlərin görüşündə iki ölkə arasında münasibətlərin regional təhlükəsizlik, sabitlik və rifah baxımından həlledici əhəmiyyəti, sərhəd ticarət mərkəzləri də daxil olmaqla, ticarət, enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın gücləndirilməsi kimi məsələlərin müzakirəsi gözlənilir.

Görüşdən sonra Hakan Fidan və Abbas Əraqçinin mətbuata birgə açıqlama vermələri nəzərdə tutulur.

Избранный
9
5
yeniazerbaycan.com

10Источники