Bakı. Trend:
2025-ci ilin sonuna olan vəziyyətə görə, AzərbaycandaBanklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 3,9 milyardmanat məbləğində 82,8 milyon emal olunmuş ödəniş əməliyyatı həyatakeçirilib.
Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bugöstərici 15,2 milyon əməliyyat və ya 22,5 faiz, dəyər baxımındanisə 689 milyon manat və ya 20,4 faiz çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda BKM vasitəsilə 3,2milyard manat məbləğində 67,6 milyon ödəniş əməliyyatı həyatakeçirilib.
Xatırladaq ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz vəoperativ şəkildə emalını təmin edən texnoloji və maliyyəinfrastrukturudur. Bu, yəni banklar arasında ödənişlərin düzgünötürülməsi və yekun icrasını həyata keçirir. BKM müxtəlif banklarınkartları ilə aparılan ödənişlərin düzgün şəkildə həyatakeçirilməsini təmin edən bir növ “körpü” funksiyasını yerinəyetirir.