RU

“Məşğulluğa Dəstək Layihəsi” benefisiarları arasında sorğu keçirilib

Respondentlərin 97,4 faizi Layihədən məmnunluğunu, 93,5 faizi Layihənin dəstəyi ilə qurduğu biznes üzrə artıq satış həyata keçirdiyini bildirib.

QHT.az xəbər verir ki, Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi”nin benefisiarlarının qiymətləndirilməsi və məmnunluğunun öyrənilməsi üçün növbəti sorğu keçirilib. Qeyd edək ki, Layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə və həssas qruplara aid işsiz şəxslərin kiçik biznes qurmalarına dəstək məqsədi daşıyır.

Sorğu 2025-ci ildə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində avadanlıqlarla təmin edilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmuş şəxsləri əhatə edib. Respondentlərin 99,5 faizinin Layihə üzrə biznes təlimlərini uğurla keçərək biznes planlarını müdafiə etdiyi müəyyən edilib.

Onlardan 97,4 faizi Layihədən məmnunluğunu, 93,5 faizi Layihənin dəstəyi ilə qurduğu biznes üzrə məhsul və xidmətlərin artıq satışını həyata keçirdiyini, 50 faizdən çoxu artıq öz biznesini genişləndirmək istədiyini bildirib.

Həmçinin ötən il Layihə çərçivəsində kiçik biznesini quranların 60 faizdən çoxu bu biznes hesabına artıq ailə gəlirlərində artım olduğunu bildirib.

Избранный
76
14
qht.az

10Источники