AzVision.az “The Astrophysical Journal Letters” jurnalına istinadən xəbər verilir ki, “HD 137010 b” adlanan planet NASA-nın “Kepler” kosmik teleskopunun K2 missiyasından 2017-ci ildə toplanmış məlumatların və Cənubi Kvinslend Universitetinin (USQ) tədqiqatçısı Aleksandr Vennerin rəhbərliyi altında beynəlxalq qrup tərəfindən təhlil olunmuş nəticələrin əsasında aşkarlanıb.
Tədqiqatın nəticələrinə görə, planet Yer kürəsindən təxminən 6 faiz böyükdür və təqribən 355 günlük orbitdə yerləşir. Astronomlar bildirirlər ki, onun səth temperaturu Marsa daha yaxın olsa da, –70°C-dən aşağı ola bilər, lakin yaxınlığındakı ulduzun yaşayış zonasında yerləşmə ehtimalı təxminən 50 faizdir.
“Təxminən Yerin ölçüsündə olan bu planetin çox maraqlı tərəfi onun ulduzunun Günəş sistemimizdən cəmi 150 işıq ili uzaqda yerləşməsidir. Planetin nisbi yaxınlığı onu gələcək teleskoplar üçün perspektivli hədəfə çevirir. Günəşəbənzər ulduzun ətrafındakı növbəti ən yaxın planet, yaşayış zonasında yerləşən “Kepler-186f”dən təxminən dörd dəfə daha uzaqda və 20 dəfə zəifdir”, – tədqiqatın həmmüəllifi Çelsi Huanq deyib.
Planeti göstərən zəif siqnal ilk dəfə aparıcı müəllif Vennerin də daxil olduğu alimlər qrupu tərəfindən qeydə alınıb.
-Orta məktəbdə oxuyarkən ‘Planet ovçuları’ adlı elmi layihəyə töhfə vermişəm və bu, tədqiqata başlamağımda böyük rol oynayıb. NASA-nın Yerə bənzəyən planetləri birbaşa görüntüləmək üçün nəzərdə tutulmuş gələcək kosmik missiyaları da ‘HD 137010 b’ni görüntüləyə bilər”, – Aleksandr Venner vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта