RU

Sahibə Qafarovaya ağır itki

Sahibə Qafarovaya ağır itki

Milli Məclisin spikeri Sahibə Qafarovaya ağır itki üz verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Sahibə Qafarovanın qardaşı Qalib Babayev vəfat edib. Hadisə barədə detallı məlumat olmasa da, mərhumun Bakıda yaşadığı bildirilir.

Xatırladaq ki, Sahibə Qafarova 2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir. O, 1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olub. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun və Azərbaycan Dillər Universitetinin fakültələrini fərqlənmə diplomları ilə bitirib.

Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Türkdilli Ölkələrin Parlament Assambleyasında və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir. Evlidir, 2 övladı var.

Избранный
86
50
afn.az

10Источники