RU

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki RƏQİBİ MƏLUM OLDU

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub.

News365.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində təmsilçimizin rəqibi İngiltərənin "Nyukasl Yunayted" komandası olub.

Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.

Избранный
44
50
news365.az

10Источники