RU

Nazir: Türkiyə 65 milyard dollardan çox turizm gəliri ilə ölkə tarixində rekord səviyyəyə çatıb

İstanbul, 30 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyə turizmində uzun müddətdir gözlənilən böyük hədd aşılıb. 2025-ci ilin göstəriciləri Türkiyənin həm gəlir, həm də ziyarətçi sayı baxımından cümhuriyyət tarixinin ən yüksək səviyyələrinə çatıldığını ortaya qoydu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbul Atatürk Mədəniyyət Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

2025-ci ilin dördüncü rübünə dair göstəriciləri ictimaiyyətlə bölüşən nazir Türkiyənin ötən il turizm gəlirinin 65 milyard 231 milyon dollar olduğunu, 2026-cı ildə isə bu gəlirin 68 milyard dollar olaraq hədəfləndiyini bildirib. Ersoy çıxışında Türkiyənin ötən il 64 milyon ziyarətçi qəbul etdiyini də qeyd edib.

Nazir BMT Dünya Turizm Təşkilatının məlumatlarına əsasən, Türkiyənin 2017-ci ildə dünyada ən çox turist qəbul edən ölkələr sırasında 8-ci yerdə olduğu halda, 2024-cü il etibarilə 4-cü yerə yüksəldiyini xatırladıb. Bildirilib ki, ölkə turizm gəlirlərində 2017-ci ildə 15-ci, 2024-cü ildə 7-ci sırada yer alıb.

Избранный
91
16
azertag.az

10Источники