.jpg)
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi bu raundda İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
Püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
"Qarabağ" evdə keçirəcəyi ilk oyun fevralın 17-də və ya 18-də baş tutacaq. Səfərdəki cavab görüşü ayın 24-də və ya 25-də keçiriləcək.
Qeyd edək ki, Eddi Haunun rəhbərlik etdiyi “Nyukasl” əsas mərhələni 14 xalla 12-ci pillədə başa vurub.