RU

Riad Rəfiyev: “Sumqayıt”da ruh düşkünlüyü olmamalıdır - MÜSAHİBƏ - FOTO

“Nə qədər gözəl hisslər olsa da, hamımız işimizin peşəkarıyıq, öz işimizi görməyə gəlmişik”.

Bunu səfərdə “Karvan-Yevlax”a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının 18-ci tur matçından əvvəl “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyevin sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bildiyimiz qədərilə Yevlaxlısınız...

- Bəli, valideynlərim Yevlax şəhərində doğulublar. Özüm də vaxtilə burada futbol oynamışam.

- Yevlaxa gəlmək necə hissdir?

- Çox gözəl hissdir. Yevlaxda məşq meydançamız da var idi. Ora getdim, gəzişdim, nostalji hisslər yaşadım. Videoya da çəkdim. Videonu o vaxtlar burada oynadığımız komanda yoldaşlarıma da göndərəcəyəm ki, paylaşsınlar.

- Komanda yoldaşlarınızdan burada yaşayanlar varmı?

- Burada yaşayanlar da var, xaricdə qalanlar da.

- Bura gələndə beyində rəqabət hissini yaratmaq mümkündür?

- Nə qədər gözəl hisslər olsa da, hamımız işimizin peşəkarıyıq, öz işimizi görməyə gəlmişik. Çalışacağıq ki, buradan öz komandamız adına yaxşı nəticə ilə qayıdaq. Əlbəttə, rəqabət hissi bütün hallarda var.

- Mövsümə yaxşı başlasanız da, son oyunlarda “Sumqayıt”ın çıxışında zəifləmə hiss olunur. Bu, cari mövsüm üçün hədəflərinizi təhlükə altına almır?

- Hədəfimiz mövsümü mümkün qədər yüksək pillələrdə bitirməkdir. Komandamız baş məşqçi Saşa İliçin rəhbərliyi altında çox gözəl futbol oynayır. Amma bununla kifayətlənmək istəmirik, daha da irəli getmək, daha yaxşı, “böyük şəhərin tək komandası” olaraq, şəhərimizə layiq nəticələr əldə etmək niyyətindəyik.

- “Sumqayıt”ın bəzi oyunlarında hakim haqsızlıqları yaşanır və siz də rəsmən etiraz edirsiniz. Belə hallar üzündən ruh düşkünlüyü yaşamırsınız?

- Qarşımıza məqsədlər qoymuşuqsa, qələbələr qazanmaq, irəli getmək istəyiriksə, ruh düşkünlüyü olmamalıdır. Bu, birmənalıdır və belə bir planımız yoxdur.

İdman.Biz
Избранный
52
50
idman.biz

10Источники