RU

Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində kobud yol hərəkəti qaydası pozuntusu kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da saat 08:19 radələrində qeydə alınıb.

Videodan görünür ki, “Chevrolet” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirib. Eyni zamanda, o, yolayrıcısından keçən piyadaya məhəl qoymayaraq təhlükəli vəziyyət yaradıb.

Təbii ki, bu halda sürücülər inzibati məsuliyyət daşıyır və belə davranış həm özlərinin, həm də digər iştirakçıların həyatına ciddi təhlükə yaradır. Hər bir sürücü işıqfor və yol nişanlarına riayət etməklə, həm cərimədən qorunur, həm də yol təhlükəsizliyini təmin edirlər. 

Nərmin

Oxunub 176

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
76
21
avtosfer.az

10Источники