Xuan Foyt ağır zədə alıb. Argentinalı futbolçu uzun müddət oynamaya bilər.
"Football-plus.az" xəbər verir ki, “Vilyarreal”ın müdafiəçisi La Liqanın “Real”la matçında (0:2) sol ayağından ağır zədə alıb. Xuan yaxın günlərdə əməliyyat olunacaq. Onun DÇ-2026-nın final mərhələsini buraxmaq ehtimalı yüksəkdi. Belə zədələrdən sonra bərpa müddəti, adətən, təxminən 6-9 ay çəkə bilir. Mundialın 11 iyun - 19 iyul aralığında keçiriləcəyini nəzərə alsaq, Foytun turnirə qədər tam hazır olması praktiki cəhətdən qeyri-mümkündü.
Bu mövsüm “Vilyarreal”ın forması ilə bütün turnirlərdə 17 matça çıxan Foyt Argentina yığması ilə DÇ-2022-nin və Finalissimanın qalibi olub, həmçinin 2019-cu ildə Amerika Kubokunda bürünc medal qazanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта