RU

Dövlət qurumu 13,2 milyon manata binalar üçün müayinə xidməti aldı

"Daşkəsən Dəmir Filiz" MMC tərəfindən Daşkəsən dəmir filiz sahəsində yer səthində çatlar yaranmış ərazinin, Zağalı su anbarının və Cəmiyyətin balansında olan binaların müayinə edilməsi xidmətlərinin satın alınması həyata keçirilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu olub. Müqavilənin dəyəri 13 242 904 manat təşkil edir. Satınalma "Bir mənbə" metodu ilə baş tutub.

Qeyd edək ki, “Azərinşaatlayihə” İnstitutu bundan əvvəl (24.12.2025) “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin tikinti layihəsi xidmətinin satın alınması üzrə "Bir mənbə" metodu ilə keçirilən satınalmanın da qalibi olub. Həmin müqavilənin dəyəri 856 165 manat təşkil edib.

Избранный
17
6
fed.az

7Источники