RU

“ABŞ-nin İrana müdaxiləsi bölgəyə yayıla bilər” - Abbas Əraqçı

“Biz indi iyun ayındakı müharibədən əvvəlki dövrlə müqayisədə daha hazırlıqlı vəziyyətdəyik. O vaxt ölkəmizə qarşı edilən təcavüzlərə necə güclü cavab verdiksə, bundan sonra da qətiyyətli və güclü reaksiya nümayiş etdirəcəyik".

Missiya.Az xəbər verir ki. bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı İstanbulda türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi birgə mətbuat konfrnası zamanı deyib.

O bildirib ki, ABŞ-nin bu dəfə prosesə birbaşa müdaxiləsi vəziyyəti daha da dəyişəcək. Bu isə əvvəlki müharibə ilə müqayisədə tamamilə fərqli nəticələrə yol aça bilər:

“Təəssüf ki, bu müharibənin sərhədləri aşmaq ehtimalı da mövcuddur. Bu da müharibənin təbiətindən irəli gələn bir xüsusiyyətdir. Məhz buna görə də ümid edirəm ki, tərəflər ağıl və məntiqlə hərəkət edəcəklər", - deyə Əraqçı vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
16
50
missiya.az

10Источники