Türkiyənin Qaziantep şəhərində güclü duman səbəbilə 8 nəqliyyat vasitəsinin qarışdığı zəncirvari qəza baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həyatını itirib, bir çox insan isə yaralanıb.
Qəza Qaziantep-Şanlıurfa istiqamətində baş verib. Verilən məlumatlara görə, 1 avtobus, 1 yük maşını və 6 avtomobil qəzada iştirak edib.