RU

Qarabağ ın rəqibi Nyukasl haqda nə bilirik?

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çempionlar Liqasının bütün pley-off cütlükləri açıqlanıb.

Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq. 

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 fevral, cavab qarşılaşmaları isə 24-25 fevralda oynanılacaq.

Bəs Qarabağın rəqibi “Nyukasl” indiyə kimi hansı nailiyyətlərə imza atıb?

Modern.az “Nyukasl”ın tarixinə, hazırkı durumuna qısa nəzər salıb.

İngiltərənin şimal-şərqində yerləşən Nyukasl-apon-Tayn şəhərini təmsil edən “Nyukasl Yunayted” 1892-ci ildə iki futbol klubunun-“Nyukasl İst-End” və “Nyukasl Vest-End” klublarının birləşməsi nəticəsində yaradılıb. Klub İngiltərə çempionatının 4 qat qalibi, İngiltərə Kubokunun 6 qat sahibi, Liqa Kubokunun, Yarmarkalar Kubokunun və İntertoto Kubokunun qalibidir. 2025-ci ildə qazanılan Liqa Kuboku “Nyukasl Yunayted” üçün 1969-cu ildən bəri ilk böyük titul olub. 2024/25 mövsümünün sonuna olan məlumata görə, klub İngiltərənin ən titullu klubları sırasında 9-cu yerdə qərarlaşıb.

Klubun ev stadionu olan “Sent-Ceyms Park” 1880-ci ildə açılıb. İngiltərənin ən böyük futbol arenalarından biri hesab olunan stadion 52 mindən çox tamaşaçı tutumuna malikdir. “Nyukasl Yunayted” klubu 1892-ci ildən etibarən ev oyunlarını bu stadionda keçirir.

Komandanın baş məşqçisi 2021-ci ilin noyabr ayından etibarən Eddi Haur, klubun kapitanı isə Bruno Gimaraeşdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
36
modern.az

10Источники