Misli Premyer Liqasında XVIII tur çərçivəsində "Sumqayıt" "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov "Sumqayıt" matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Sumqayıt" yaxşı komandadır. Son matçı təhlil edib futbolçulara səhvləri göstərmişdik. Futbolçular məşqlərdə tam gücləri ilə çalışırlar, nəticə qazanmaq üçün hər şey edirlər. Birinci hissədə səhvlər etdik. Evdə oynayırıq deyə hücumda çoxluq yaratmaq istəyirik. Müdafiədə ardıcıl səhvlər buraxanda istər-istəməz oyunumuza təsir edir. "Sumqayıt"ı təbrik edirəm."