RU

Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə renkinqi

Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının həcmi açıqlanıb.

Day.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnamə kapitalının həcmi 1,282 milyard manat təşkil edib.

 

İkinci sırada 446,6 milyon manat nizamnamə kapitalı ilə "Xalq Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manat nizamnamə kapitalı ilə "Yelo Bank" qərarlaşıb.

Nizamnamə kapitalının həcmi ən az olan bank isə "Bank of Baku" olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkil edib.

Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyi zaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunla müəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətin hüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləri yerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.

 

Banklar

Nizamnamə Kapitalı (Min manat)

1

ABB

1 281 271,39

2

Xalq Bank

446 599.51

3

YeloBank

378 000,00

4

PAŞA Bank

354 512,00

5

VTB Bank

315 815,00

6

Kapital Bank

265 850,00

7

Premium Bank

174 601,00

8

UniBank

138 200,39

9

AccessBank

121 750,00

10

Expressbank

112 545,00

11

RabitəBank

101 300,08

12

AzərTürk Bank

100 500

13

Turan Bank

100 006

14

Bank Respublika

73 961,09

15

Bank Melli Iran

73 611,17

16

Bank Avrasiya

71 800,00

17

BTB Bank

71 450,00

18

AFB Bank

70 393,46

19

ZiraatBank

65 500,00

20

Azərbaycan Sənaye Bankı

60 000,00

21

YapıKrediBank

55 380,70

22

Bank of Baku

52 870,00

 
Избранный
83
2
day.az

10Источники