RU

Goranboyda oğul anasını qətlə yetirib, həyat yoldaşını isə bıçaqlayıb

Goranboy rayonunda ağır cinayət hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 1995-ci il təvəllüdlü J. Yolçuzadə və onun anası yaşadıqları evdə bıçaqlanıblar. J. Yolçuzadə müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Digər qadının isə hadisə yerində öldüyü müəyyən edilib.

İlkin məlumata əsasən, hadisəni qadının oğlu törədib. O, anasını qətlə yetirib, həyat yoldaşını isə bıçaqlayıb. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs müharibə iştirakçısıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Избранный
32
11
apa.az

10Источники