RU

Anasını öldürdü, arvadını bıçaqladı - Goranboyda ailə faciəsi

Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi törədilib.

Hafta.az xəbər verir ki, kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası - 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq öldürüb.

Hadisə zamanı həyat yoldaşı - 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.

Məlumata görə, E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Onun psixoloji problemlərinin olduğu bildirilir.

E.Vəliyevin iki azyaşlı övladı var.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
11
22
hafta.az

10Источники