RU

Qızıl almaq istədiyini deyib soyğunçuluq etdi...



Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluqəməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

ZÜMRÜD

Избранный
52
22
baki-xeber.com

10Источники