RU

Epşteyn sənədlərində şok detallar: Trampın adı...

ABŞ Ədliyyə Nazirliyinin yaydığı pedofil maliyyəçi Cefri Epşteynə aid sənədlərin yaratdığı rezonans davam edərkən, istintaqın daha da dərinləşdiriləcəyi gözlənilir.

"Cebheinfo.az" xarici KİV-ə istinadən xəbər verir ki, üç milyon səhifə, 180 min fotoşəkil və 2 mindən çox videodan ibarət sənədlərdə zorlanma, istismar, uşaq qətlləri, insan yemə halları, qeyri-insani dini ayinlər və çoxsaylı qalmaqallar yer alır. Bu sənədlərdə ABŞ Prezidenti Donald Trampın adı azı 4 min 500 dəfə çəkilir.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən nəzarətli şəkildə yayımlanan sənədlərdə adıkeçən dünyanın ən varlı şəxslərindən olan texnologiya milyarderi İlon Mask bu mövzuda susqunluğunu qoruyur, Bill Qeyts isə ittihamları rədd edib.

Sənədlərdə Böyük Britaniya, Norveç və Danimarka kral ailələrinə mənsub şəxslərin adları da yer alır. Müxtəlif səbəblərlə Türkiyədən keçmiş baş nazirlərdən Əhməd Davudoğlu və İhlas Holdinqin sahibi Mücahid Örənin adları çəkilir. 

Epşteyn sənədlərində adıkeçən Landon C. Thomas Jr. ilə bağlı Amerikan Robert Kollecindən verilən açıqlamada həmin şəxsin qurumla heç bir əlaqəsinin olmadığı bildirilib. Örən isə yazışmaları təkzib etməyib, bunun işgüzar məsələ olduğunu deyib.

Sənədlərdə adı azı min dəfə keçən Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borg Hoybi bir qadına hücum etmək, bıçaqla hədələmək və uzaqlaşdırma qərarını pozmaq ittihamları ilə saxlanılıb. Həbs Hoybinin bir neçə ittiham üzrə mühakimə olunmasına iki gün qalmış həyata keçirilib.

29 yaşlı Hoybi bu gün Oslo Rayon Məhkəməsində hakim qarşısına çıxacaq. O, dörd zorlanma iddiası və keçmiş partnyorlarına qarşı zorakılıq da daxil olmaqla ümumilikdə 38 cinayət maddəsi üzrə mühakimə olunur. 

Prokurorlar yenidən cinayət törətmə riski olduğunu əsas gətirərək Hoybinin 4 həftə müddətinə həbsdə saxlanılmasını tələb edir.

Qeyd edək ki, saxlanılma Hoybinin anası, vəliəhd şahzadə Mette-Maritin məhkum edilmiş pedofil cinsi cinayətkar Cefri Epşteyn ilə keçmiş əlaqələrinə dair yeni sənədlərin ortaya çıxmasından cəmi bir neçə gün sonra baş verib.

Избранный
3
42
cebheinfo.az

10Источники