Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürüb.
Msport.az xəbər verir ki, 1-ci oyun gününə nəzərdə tutulan 2 matçda qalib müəyyənləşməyib. “Sabah” “Qəbələ”ni, “Sumqayıt” “Zirə”ni qəbul edib. Hər iki görüşdə qolsuz heç-heçə qeydə alınıb.
Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar
4 fevral
19:30. “Sabah” – “Qəbələ” – 0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
“Bank Respublika Arena”
17:00. “Sumqayıt” – “Zirə” – 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
5 fevral
14:30. “Şamaxı” – “Qarabağ”
19:00. “Turan Tovuz” – “Kəpəz”
Yarımfinal cütləri
“Sabah”/“Qəbələ” – “Qarabağ”/“Şamaxı”
“Sumqayıt”/“Zirə” – “Turan Tovuz”/“Kəpəz”