RU

Sürücülərə XƏBƏRDARLIQ: 100 manat CƏRİMƏ OLUNACAQSIZ

İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, sərnişin daşıma qaydalarına əməl etməyən şəxslər inzibati məsuliyyət daşıyırlar.

Qanunvericiliyə görə, nəqliyyat vasitəsinin arxa oturacağında maksimum 3 nəfərin oturmasına icazə verilir.

Bu qaydanın pozulması, yəni arxa oturacaqda ən çox 3 nəfərin otura biləcəyi nəqliyyat vasitəsində 4 və ya daha çox sərnişinin daşınması halında sürücü barəsində inzibati tədbirlər görülür.

Belə ki, sürücüyə 100 manat məbləğində cərimə tətbiq edilir və 3 cərimə balı hesablanır.
 
 
 

Избранный
30
8
7news.az

10Источники