Xəbər verildiyi kimi, Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
AzNews.az Vüsal Nəsirlinin dosyesini təqdim edir:
Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.
2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.