RU

Mütaliə etməyən insanın beyni çürüyür Deputat

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Hər bir gənc mütləq şəkildə kitab oxumalıdır. Mütləq şəkildə mütaliə etməlidir. Yəni mütaliəsiz mümkün deyil".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı bildirdi.

Onun sözlərinə görə, insanın bu günü dünəni ilə fərqlənmirsə, böyük bir ziyan içindədir:

"Yəni mütaliə etməyən insanın beyni çürüyür, mütaliə etməyən insanın beyni inkişaf etmir. Ona görə mütləq şəkildə mütaliə etmək, mütləq şəkildə oxumaq, mütləq şəkildə araşdırmaq, öyrənmək bunlar çox vacib məsələlərdir. Çünki mütaliə beyni açır, qidalandırır, dünyagörüşünüzü zənginləşdirir, intellektual səviyyənizi artırır. Mütaliəsi olmayan gəncin dünyagörüşü zəifdir, intellektual səviyyəsi zəifdir, təfəkkürü zəifdir". 

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
2
redaktor.az

3Источники