RU

Xames Rodrigesin yeni klubu rəsmiləşdi

style='margin-bottom:10px;'>

Kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Xames Rodriges karyerasını ABŞ-da davam etdirəcək. O, MLS təmsilçisi “Minnesota Yunayted” ilə müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

34 yaşlı futbolçu Amerika klubuna azad agent statusunda qoşulub. Razılaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Klubun müqaviləni həmin ilin sonunadək uzatmaq hüququ da var.

Rodriges ABŞ-a yollanmadan əvvəl 2025-ci ilin əvvəlindən Meksikanın “Leon” klubunda çıxış edirdi. O, bu müddətdə 34 oyunda meydana çıxaraq 5 qol vurub, 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində bir sıra Avropa nəhənglərində, o cümlədən Madridin “Real” klubunda forma geyinib.

Избранный
27
teleqraf.com

1Источники