Kolumbiyalı hücumameyilli yarımmüdafiəçi Xames Rodriges karyerasını ABŞ-da davam etdirəcək. O, MLS təmsilçisi “Minnesota Yunayted” ilə müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
34 yaşlı futbolçu Amerika klubuna azad agent statusunda qoşulub. Razılaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Klubun müqaviləni həmin ilin sonunadək uzatmaq hüququ da var.
Rodriges ABŞ-a yollanmadan əvvəl 2025-ci ilin əvvəlindən Meksikanın “Leon” klubunda çıxış edirdi. O, bu müddətdə 34 oyunda meydana çıxaraq 5 qol vurub, 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində bir sıra Avropa nəhənglərində, o cümlədən Madridin “Real” klubunda forma geyinib.