RU

Orta Dəhlizin səmərəliliyinin artırılması Aİ ölkələrinə idxalın sürətləndirilməsi və daha etibarlı olmasına şərait yaradacaq - Avropa İttifaqı

BAKI, TurkicWorld

Avropa İttifaqı (Aİ) üçün Orta Dəhlizin səmərəliliyinin artırılması malların (o cümlədən zəruri əhəmiyyətli xammalın – CRM) tədarükünü sürətləndirməyə və daha etibarlı etməyə, eyni zamanda Avrasiya üzrə ixrac bazarları ilə əlaqəliliyi əlavə olaraq yaxşılaşdırmağa imkan verə bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə Aİ tərəfindən maliyyələşdirilən meta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

Bildirilir ki, son dövrlərdə əldə olunan irəliləyişlərə baxmayaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi əməliyyatlarla bağlı məhdudiyyətlərlə üzləşir: fraqmentləşmiş logistika, çoxsaylı sərhəd-keçid məntəqələri və məhdud rəqəmsallaşma.

“Beynəlxalq maliyyə institutlarının (IFI) araşdırmaları ardıcıl şəkildə göstərir ki, harmonizasiya olunmuş tariflər, rəqəmsallaşma və koordinasiyalı idarəetmə kimi “yumşaq” dar boğazlar “sərt” infrastruktur boşluqları qədər zəruri əhəmiyyət daşıyır.

Aİ üçün dəhlizin səmərəliliyinin artırılması malların (o cümlədən zəruri əhəmiyyətli xammalın – CRM) tədarükünü sürətləndirə və daha etibarlı edə, həmçinin Avrasiya üzrə ixrac bazarları ilə əlaqəliliyi əlavə olaraq gücləndirə bilər. Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) genişləndirilməsi planlarında və digər regional strategiyalarda müəyyən edilmiş prioritet layihələri dəstəkləməklə Aİ dəhlizin tam potensialının gerçəkləşdirilməsinə, tədarük zəncirlərinin dayanıqlığının möhkəmləndirilməsinə və qarşılıqlı faydalı ticarətin təşviqinə töhfə verə bilər”

Vurğulanır ki, Aİ səviyyəsində nəqliyyat infrastrukturu üzrə strateji prioritetlər Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) vasitəsilə, o cümlədən onun qonşu regionlara planlaşdırılan genişləndirilmələri çərçivəsində müəyyən edilir. TEN-T-in bir sıra genişləndirmə layihələri TCTC boyunca əlaqəliliyin yaxşılaşdırılmasına töhfə verir ki, bu da dəhliz boyu əsas investisiyalara strateji prioritet statusu qazandırır.

“TEN-T üzrə Şərq Tərəfdaşlığı üçün İnvestisiya Fəaliyyət Planı (ilk dəfə 2018-ci ildə hazırlanmışdır) dəyişən geosiyasi reallıqlar və milli prioritetlərin yerdəyişməsi nəzərə alınmaqla 2025-ci ildə yenilənmişdir; bu zaman Ukrayna və Moldovaya xüsusi diqqət yetirilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Orta Dəhliz TEN-T genişləndirmələri siyahısında yer almasa da, Cənubi Qafqazda son geosiyasi hadisələr nəzərə alınaraq, dəhliz dayanıqlığı artıran şaxələrin Cənubi Qafqaz vasitəsilə yaradılmasından (Azərbaycan, Ermənistan və Türkiyə arasında əlaqələrin bərpası) əməliyyat baxımından fayda əldə edə bilər. Bu, ticarət marşrutlarının daha da şaxələndirilməsinə töhfə verə və potensial olaraq yüklənmiş sahələrin yükünü azalda bilər”, – deyə tədqiqatda bildirilir.

Məlumata görə, bu arada Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhliz boyunca ötürücülük qabiliyyətinin və səmərəliliyin artırılması üçün Mərkəzi Asiyada “sərt” infrastruktura yönəlmiş 33 prioritet investisiyanı müəyyən edib, Dünya Bankı isə dəhlizin uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün 2030-cu ilədək aradan qaldırılmalı olan əsas dar boğazları və investisiya ehtiyaclarını müəyyənləşdirib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Избранный
7
1
turkic.world

2Источники