Polşanın Rzeszow və Lublin şəhərlərindəki hava limanları təyyarələrin enişini və uçuşunu müvəqqəti olaraq dayandırıb.
"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Polşa aeronaviqasiya agentliyi PANSA-nın məlumatına görə, məhdudiyyətlər hərbi aviasiya əməliyyatları ilə bağlıdır.
Mülki uçuşların bərpası üçün vaxt çərçivəsi hələlik dəqiqləşdirilməyib.
"Cebheinfo.az"