Bakı. Trend:
Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniridavam edir.
Trend xəbər verir ki, yarışdaAzərbaycanı qadın güləşi üzrə milli komanda təmsil edir. Turnirindördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb.
Nərgiz Səmədova (53 kiloqram) təsnifat mərhələsində polşalıRoksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalıUmi İmaya (1:13) məğlub olub.
Jalə Əliyeva (57 kiloqram) startda brazilyalı Culya Penalberaya(4:14) uduzaraq mübarizəni erkən başa vurub.
Zəhra Kərimzadə (72 kiloqram) 1/4 finalda türkiyəli Buse Tosuna(0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalıMahiro Yoşitakeni 4:1 hesabı ilə üstələyib.