RU

Zəhra Kərimzadə reytinq turnirində bürünc medal qazandı

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.

“İki sahil” xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir. Yarışın dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb.

Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub. Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub. Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.

Избранный
42
19
ikisahil.az

10Источники