RU

Vitali Stepanovski: "Sabah"la oyunda səhvlərə yol verdik və şanslarımızı dəyərləndirə bilmədik"

"Neftçi" Azərbaycan Basketbol Liqasının XVI turunda baş tutan "Sabah"la matçda (79:98) səhvlərə yol verib və bir çox şansları dəyərləndirə bilməyib.

"Report" xəbər verir ki, bunu baş məşqçi Vitali Stepanovski klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis komandasının oyunundakı sabitliyin pozulmasından şikayətlənib:

"Əvvəlki oyundan sonra nəticələr çıxardıq və ümumilikdə oyun planımız yaxşı işlədi. Oyuna çox yaxşı başladıq, ilk hissədə sabit çıxış etdik və yaxşı enerji ilə oynadıq. İkinci hissədə isə həddindən artıq sadə səhvlərə yol verdik və bir çox şanslarımızı dəyərləndirə bilmədik. "Sabah" səviyyəsində olan bir komandaya qarşı səhvləri maksimum dərəcədə azaltmalı və bütün 40 dəqiqə ərzində diqqətli olmaq lazımdır".

Избранный
20
1
far.az

3Источники