RU

Siyyarto: Avropa Trampa mane olmasaydı, Ukraynada sülh çoxdan əldə edilərdi...

Macarıstan XİN rəhbəri Aİ-ni və Qərbi Avropanı ABŞ prezidentinin sülh cəhdlərini pozmaqda ittiham edib...

Poliqon xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto Gürcüstanın “Rustavi 2” telekanalına verdiyi müsahibədə Ukrayna münaqişəsinin nizamlanması istiqamətində aparılan səylərin Avropa İttifaqı və Qərbi Avropanın bir sıra ölkələri tərəfindən zəiflədildiyini iddia edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın təşəbbüslərinə maneələr yaradılmasaydı, sülh artıq əldə oluna bilərdi.

Nazir bildirib ki, “əgər avropalılar prezident Donald Trampın səylərinə mane olmasaydılar, son bir ildən bir qədər artıq müddət ərzində mən əminəm ki, sülh artıq əldə edilərdi”. Siyyartonun fikrincə, Avropa liderlərinin mövqeyi münaqişənin uzanmasına və hərbi əməliyyatların davam etməsinə dolayısı ilə töhfə verib.

Macarıstan XİN rəhbəri xüsusilə Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı onu müşayiət edən Avropa liderlərinin roluna diqqət çəkib. Siyyarto hesab edir ki, həmin siyasətçilər ABŞ-də apardıqları danışıqlarla sülhə deyil, əksinə, döyüş əməliyyatlarının davam etməsinə şərait yaradıblar.

Qeyd edək ki, ötən ilin avqustunda ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti və Avropa İttifaqı liderləri ilə görüş keçirib. Tərəflər dialoqa hazır olduqlarını bəyan etsələr də, Avropa siyasətçiləri ilk növbədə atəşin tezliklə dayandırılmasının vacibliyini vurğulayıblar. Görüşdə Donbas və digər ərazilərlə bağlı mümkün güzəştlər də müzakirə olunub.

Poliqon.info

Избранный
53
19
poliqon.info

10Источники