RU

Avtomobillər şəhərə girə bilmir: Bakıda nə baş verir? VİDEO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, fevralın 8-də Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar bir sıra küçə və yollarda, xüsusilə paytaxtdan şimal istiqamətində hərəkətə məhdudiyyətlər tətbiq edilib.

Globalinfo.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, fevralın 9-u gecə saatları olmasına baxmayaraq, sözügedən ərazidə sıx nəqliyyat axını və ağır tıxac hələ də davam edir.

Uzun müddətdir yollarda qalan sürücülər yaranmış vəziyyətdən narazılıqlarını bildirir, alternativ marşrutların və hərəkətin daha effektiv təşkil olunmamasından şikayətlənirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
92
globalinfo.az

1Источники