RU

Şəmkirdə yeniyetmə bıçaqlandı 17 yaşlı oğlan saxlanıldı Yenilənib

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Kür qəsəbə sakini 2011-ci il təvəllüdlü S.M.-ə bıçaqla xəsarət yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi 2009-cu il təvəllüdlü H.A. polis əməkdaşları tərəfindən saxlanılıb.

Bıçaqlanmanın münaqişə zəminində törədildiyi bildirilir.

Xəsarət alan şəxsin vəziyyəti normaldır.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 8-i saat 22:10 radələrində 3 nəfər (kişi) xəsarət alması səbəbilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
119
qafqazinfo.az

1Источники