RU

İyrənc fırıldaq üzə çıxdı: 146 kq at ətini mal əti adı ilə bazara buraxmaq istədilər FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə reyd keçirib.Demokrat.az xəbər verir ki, reyd zamanı Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin 1 ədəd at başı və sümükləri aşkar edilib. Məlum olub ki, sözügedən atı eyni kənd sakinləri Seymur Baloğlan oğlu Məmmədov və Həsən İntiqam oğlu Cəfərli tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsiblər. Daha sonra sümükdən ayrılan əti paketlərə qablaşdırıblar.Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər.İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
22
demokrat.az

10Источники