RU

Bu maddələr xərçəng hüceyrələrinin böyüməsini qarşısını ALIR

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Cənubi Koreyanın Sunchonhyang Universitetinin alimləri kurkumin və resveratrol birləşməsinin dəri melanoması hüceyrələrinin böyüməsini ayrı-ayrılıqda təsir göstərən maddələrdən xeyli daha effektiv şəkildə dayandırdığını müəyyən ediblər. Eyni zamanda bu birləşmə sağlam dəri hüceyrələrinə demək olar ki, zərər vermir.

Redaktor.az xəbər verir kiİ, nəticələr "Nutrients" jurnalında dərc olunub.

Laboratoriya eksperimentində tədqiqatçılar G361 melanoma xətti hüceyrələri və normal melanositlər üzərində kurkumin və resveratrolun təsirini öyrəniblər. Hüceyrələrin yaşama qabiliyyəti, enerji göstəricisi olan ATP səviyyəsi, hüceyrə bölünməsinin dayanması və proqramlaşdırılmış ölüm əlamətləri qiymətləndirilib. Ən güclü təsir hər iki maddənin eyni anda 48 saat ərzində tətbiqində müşahidə olunub.

Bu şəraitdə şiş hüceyrələrinin yaşama qabiliyyəti kəskin şəkildə azalıb, ATP səviyyəsi isə əhəmiyyətli dərəcədə düşüb ki, bu da onların enerji mübadiləsində ciddi pozuntuların olduğunu göstərir. Eyni zamanda sağlam dəri hüceyrələri əsasən qorunub. Əlavə analiz göstərib ki, kurkumin və resveratrol birləşməsi apoptoz proseslərini gücləndirir və şiş hüceyrələrinin yaşama siqnal yollarına təsir edir.

Alimlər vurğulayır ki, bu, melanomanın hazır müalicə metodu deyil. Lakin əldə olunan nəticələr bu təbii maddələr birləşməsinin gələcəkdə yeni antitumor yanaşmaların inkişaf etdirilməsi üçün perspektivli olduğunu göstərir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
10
redaktor.az

10Источники