RU

Paşinyan və Vens nüvə enerjisi üzrə birgə bəyanatİMZALADI

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens "Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında nüvə enerjisinin sülh məqsədləri ilə istifadəsi sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların yekunlaşdırılmasına dair birgə bəyanat" imzalayıblar.

Redaktor.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, imzalanma mərasimindən əvvəl Paşinyan və Vens arasında təkbətək görüş keçirilib.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana rəsmi səfər edib. O, səfərə həyat yoldaşı və uşaqları ilə birlikdə gedib. Səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ vitse-prezidenti Cey Di Vens həm təkbətək, həm də geniş tərkibli görüş keçiriblər.

Избранный
23
3
redaktor.az

4Источники