RU

Səfirlik: ABŞ şirkətləri Azərbaycanda Vaşinqton razılaşmalarının reallaşdırılmasına töhfə verəcək

ABŞ-ın Müvəqqəti işlər vəkili Emi Karlon investisiya və iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə ABŞ-ın 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edib.

 

Bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşılıb.

 

Bildirilib ki, bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir.

 

Müvəqqəti işlər vəkili Karlon bildirib ki, ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.

 

Səfirlik:

Tarix: 10 Fevral 2026, 12:52   
Избранный
19
7
pravda.az

8Источники