RU

Milli Məclisdə tarix yazılır - Azərbaycan BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya edən ilk ölkədir

Bakı. Trend:

10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının MilliMəclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığaqarşı” Konvensiyasının təsdiq edilməsi haqqında AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmişQanun layihəsini qəbul edib.

Trend xəbər verir ki, bununlaAzərbaycan Respublikası Konvensiyanın ratifikasiyası prosesinəliderlik edən ölkəyə çevrilir.

Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsiolaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekunlayihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəaliştirak edib.
Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, XüsusiRabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlətqurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyətiçoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayişetdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfəverib.

“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü iltarixində BMT Baş Assambleyasında qəbul olunub.

XXl əsrin Konvensiyası hesab edilən - “Kibercinayətkarlığaqarşı” BMT Konvensiyası kibercinayətkarlıqla mübarizə üzrə qlobalsəviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivəformalaşdıran ilk sənəddir.

Konvensiya 2025-ci ilin oktyabr ayında Vyetnamın paytaxtı Hanoyşəhərində keçirilən rəsmi imzalanma mərasimində ümumilikdə 74dövlət tərəfindən imzalanıb (Böyük Britaniya, Fransa, Çin,Avstraliya, Belçika, Türkiyə, Polşa, Rusiya, İspaniya, BƏƏ, İsveçvə s). Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycanadından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi imzalayıb.

Konvensiya milli parlamentlər tərəfindən təsdiqlənməli vəölkələr bu beynəlxalq hüquqi çərçivəyə qoşulmaq üçün daxili hüquqiprosedurlarını tamamlamalıdırlar. Hazırda Azərbaycan Respublikasıbu prosesi tamamlamaqda olan ilk ölkə kimi çıxış edir.

Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizəorqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarlabeynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilliistintaqların effektivliyini artırır. Təxirəsalınmaz beynəlxalqəməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiyaverilməsinə imkan yaradır.

BMT-nin rəsmi səhifəsinə əsasən, (https://treaties.un.org/Pages/ViewDetails.aspx?src=TREATY&mtdsg_no=XVIII-16&chapter=18&clang=_en),Azərbaycan həm də Konvensiyanı qeyd-şərtlərlə imzalayan yeganəölkədir. Bu beynəlxalq prosedurlara xüsusi olaraq peşəkar hüquqiyanaşmanın göstəricisidir.

Bütövlükdə, Konvensiya qlobal miqyasda kibercinayətkarlıqlamübarizədə qarşılıqlı koordinasiyanı, standartları, hüquqiəməkdaşlığı genişləndirməyi hədəfləyir.

Məqalədə:
Избранный
14
11
az.trend.az

10Источники