RU

İbtidai siniflər üçün “Bil-Bacar” müsabiqəsi - Çətin suallar, valideyn narahatlığı...

İbtidai sinif şagirdləri üçün nəzərdə tutulan “Bil-Bacar” müsabiqəsi son günlər müzakirələrə səbəb olub. Müsabiqədə təqdim olunan sualların yaş səviyyəsinə uyğun olmaması ilə bağlı valideyn və müəllimlər narahatlıq ifadə edirlər. Onların fikrincə, həddindən artıq çətin suallar uşaqlarda stress və motivasiya itkisinə yol aça bilər. Bəs, sualları kimlər tərtib edir? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, “Bil-Bacar” adlı müsabiqə ibtidai sinif müəllimləri tərəfindən keçirilmir:

"Bu imtahanlar Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur. Müsabiqənin əsas məqsədi 3 və 4-cü sinif şagirdlərinin oxu bacarıqlarını inkişaf etdirmək, sinifdaxili və məktəblərarası sağlam rəqabət mühiti formalaşdırmaq və ümumi təhsilin inkişafına təkan verməkdir",- deyə o qeyd edib.

Ekspert vurğulayıb ki, sualların hazırlanması və digər təşkilati məsələlər Təhsil İnstitutu tərəfindən həyata keçirilir:

"İmtahanlar iki mərhələdən ibarətdir. Birinci mərhələdə uğur qazanan şagirdlər ikinci mərhələyə keçirlər. İkinci mərhələdə şagirdlər qrup və ya komanda şəklində qiymətləndirilir. Bu mərhələnin finalında uğur qazanan şagirdlərə müxtəlif mükafatlar təqdim olunur. Müsabiqədə iştirak məcburi deyil. Heç bir şagird məcbur edilmir, yalnız istedadlı və maraq göstərən şagirdlər seçilərək iştirak edirlər",- deyə təhsil eksperti əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
90
missiya.az

1Источники