RU

Saakaşvili hakimiyyət çevrilişinə təşviq ittihamı ilə razılaşmadı

BAKI, 10 fevral. TELEQRAF

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə iclasında özünü günahsız hesab etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, iclasda bildirib ki, cəzasının müddətinə daha üç il əlavə ediblər:

"Cəmi 16 il alacam, pedofillərdən və seriyalı qatillərdən daha çox. Uşaqlarımı heç vaxt görə bilməyəcəyəm, təmiz havada gəzə bilməyəcəyəm” - deyə Saakaşvili hakimin ittiham olunduğu cinayətdə özünü günahkar hesab edib-etməməsi ilə bağlı sualına cavab olaraq bildirib.

Hakimiyyət çevrilişinə təşviqdə ittiham olunan digər müxalifət liderlərinin də iştirak etdiyi iclasda keçmiş prezidentlə hakim arasında mübahisə baş verib. Hakim Valerian Bugianişvili Saakaşvilidən müttəhimlər kürsüsünə oturmasını istəyib. Lakin o, hakimin belə bir hüququ olmadığını bildirib.

2025-ci ilin noyabr ayında Gürcüstan Baş Prokurorluğu keçmiş prezidentə və bir neçə müxalifət liderinə qarşı cinayət işi açıb. Bunlar dövlətə qarşı cinayət törətmək, o cümlədən xarici dövlətlərə düşmənçilik fəaliyyətində kömək etmək, konstitusiya quruluşuna və milli təhlükəsizliyin əsaslarına qarşı fəaliyyətlərin maliyyələşdirilməsi və konstitusiya quruluşunun və ya dövlət hakimiyyətinin zorakılıqla dəyişdirilməsinə çağırışla bağlıdır.

Избранный
47
1
teleqraf.com

2Источники