RU

Paşinyandan Azərbaycanla bağlı SON DƏQİQƏ KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Ermənistan məhsullarının öz ərazisi üzərindən üçüncü ölkələrə ixracına icazə verib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ictimai televiziyasına verdiyi müsahibədə açıqlama verib. Onun sözlərinə görə, bu qərar regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

KONKRET.az xəbər verir ki, Paşinyan bildirib: “Hamımız bilirik ki, Azərbaycan üzərindən Ermənistana dəmir yolu əlaqəsi mövcuddur və maneəsiz şəkildə fəaliyyət göstərir. Lakin çox vacibdir ki, Ermənistanın xarici dünya ilə Azərbaycan ərazisi vasitəsilə dəmir yolu bağlantısının da açıq olduğunu qeyd edək. Məndə belə bir təəssürat yaranır ki, biznesimiz hələ bu xəbəri tam mənimsəməyib.”

Ermənistanın baş naziri vurğulayıb ki, yeni imkanlar ölkə sahibkarları üçün əlavə bazarlara çıxış baxımından böyük perspektivlər yaradır.

Onun fikrincə, bu istiqamətdə iş adamlarının daha fəal olması və mövcud nəqliyyat imkanlarından maksimum yararlanması vacibdir.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
1
konkret.az

2Источники