RU

Keniya Moskvanı vətəndaşlarını cəbhədə "top yemi" kimi istifadə etməkdə günahlandırır

Keniyanın xarici işlər nazirinin müavini Moskvanı keniyalıları Rusiyaya cəlb edərək onları Ukrayna cəbhəsinə "top yemi" kimi göndərməkdə ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın NTV nəşri yazır.

"Bu insanlar cəbhədə top yemi kimi istifadə olunur", deyə Keniyanın xarici işlər nazirinin müavini Korir Sinq’Oey bildirib.

Məqalədə qeyd olunur ki, xarici işlər naziri Musaliya Mudavadi gələn ay Moskvaya səfər etməyi planlaşdırır. Məqsəd bu hərəkətlərə son qoymaqdır.

O, həmçinin Ukrayna tərəfindən əsir götürülmüş keniyalıların geri qaytarılması üçün səylər göstərmək niyyətindədir. Mudavadi xəstəxanada müalicə alan vətəndaşların vəziyyətini də yoxlamaq istəyir.

Nəşr nazirin bəyanatına istinadən bildirir ki, son iki ay ərzində Rusiyadan 30-dan çox keniyalı təxliyə edilib. Bu Şərqi Afrika ölkəsində fəaliyyət göstərən işə qəbul agentlikləri bağlanıb.

Daha əvvəl keçmiş könüllülər və cəlb olunmuş şəxslərin ailə üzvləri bildiriblər ki, Rusiya ordusu Afrikada geniş şəbəkə yaradaraq Keniyadan yüzlərlə vətəndaşı Ukraynaya qarşı müharibəyə cəlb edib. Kişilər deyirlər ki, onlar aldadılıblar – Rusiyada mülki və ya "təhlükəsiz" mühafizə işi ilə bağlı təkliflərə razılaşıblar. Lakin sonradan onları müqavilə imzalamağa məcbur edib cəbhəyə göndəriblər.

Muzdlular arasında rusların yüksək maaş vəd etdiyi hazırkı və ya keçmiş hərbçilərin də olduğu qeyd olunur. The Washington Post yazır ki, sağ qalanlar rus komandirlərinin qeyri-insani rəftarı və dəhşətli qətl səhnələrindən şikayət ediblər.

BBC-nin araşdırması da göstərib ki, Rusiyanın ordusuna kasıb ölkələrdən olan xarici vətəndaşlar cəlbedici qadınlar vasitəsilə cəlb edilir. Məsələn, Suriyadan olan bir vətəndaş sərfəli iş və Rusiya vətəndaşlığı vəd edən Polina Azarnıx adlı rus qadına inanaraq müharibəyə gedib. Nəşr müəyyən edib ki, qadının 40 yaşı var və o, keçmiş müəllimədir. Azarnıx Telegram kanalı vasitəsilə "hərbi xidmət" üçün "birillik müqavilələr" təklif edən videolar paylaşaraq kişiləri Rusiya ordusunun sıralarına cəlb edir.

Poliqon.info

Избранный
61
poliqon.info

1Источники