RU

EIA Azərbaycanda neft hasilatı ilə bağlı 2026-2027-ci illər üzrə proqnozunu verib

Bakı. Trend:

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatınınhəm 2026, həm də 2027-ci illərdə orta hesabla günə 0,54 milyonbarel təşkil edəcəyi gözlənilir.

Bu barədə TrendABŞ-nin Enerji İnformasiya İdarəsinin (EIA) 2026-cı ilin fevral ayıüzrə qısamüddətli enerji proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, bu göstərici 2025-ci ildə qeydə alınmıştəxminən günə 0,57 milyon barel səviyyəsi ilə müqayisədəazalıb.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə hasilat birincirübdə orta hesabla günə 0,55 milyon barel təşkil edəcək, ikincirübdə günə 0,54 milyon barel , üçüncü və dördüncü rüblərdə isə günə0,53 milyon barelə enəcək.

Oxşar dinamika 2027-ci il üçün də proqnozlaşdırılır: birincirübdə hasilatın günə 0,55 milyon barrelə , ikinci rübdə günə 0,54milyon barelə, ilin ikinci yarısında isə günə 0,53 milyon barelsəviyyəsində olacağı gözlənilir ki, bu da illik orta göstəriciningündəlik 0,54 milyon barel səviyyəsində formalaşmasını təminedəcək.

Bu arada, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə,2025-ci ildə ölkədə qaz kondensatı daxil olmaqla 27,7 milyon tonneft hasil edilib. Bu həcmdən 16,2 milyon tonu“Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının, 3,8 milyon tonu“Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonuisə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon tonneft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumlar, 2,5 milyontonu SOCAR, 0,6 milyon tonu isə JOCAP tərəfindən təmin edilib.

Məqalədə:
Избранный
91
1
az.trend.az

10Источники